Tibb Universitetində 4 tələbəyə töhmət verildi – SƏBƏBbackend

Tibb Universitetində 4 tələbəyə töhmət verildi - SƏBƏB

Azərbaycan Tibb Universitetinin (ATU) rektoryanı şurasının növbəti toplantısı keçirilib.

KONKRET.AZ bildirir ki, ATU-dan “Report”a verilən məlumata görə, toplantıda 2019/2020-ci tədris ilinin payız semestrində aparılan aralıq qiymətləndirmənin nəticələri haqqında müvafiq şöbələrdən hesabatlar dinlənilib.

Rektor professor Gəray Gəraybəyli 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti ilə maraqlanıb, görüləcək işlər haqqında danışıb.

Şuranın qərarına əsasən, II müalicə-profilaktika fakültəsinin III kurs 317A3 qrup tələbəsi Əvəz Yusubov universitetin nizam-intizam qaydalarını pozduğuna görə töhmət alıb. Eləcə də, ATU-nun hazırlıq kurs tələbələri Negar Mohammadı, Maryam Hosseini Ozarlou və Mirhossein Hosseiniozarlouya dərsdə nizam-intizam qaydalarını pozduqları üçün (dərs zamanı tibbi xalat geyməkdən imtina ediblər) şuranın qərarına əsasən töhmət verilib.

Qeyd edək ki, toplantıda universitetin rektoru, prorektorları, şöbə müdirləri, fakültə rəhbərləri və tələbələr iştirak ediblər. Tədbirdə universitetdaxili bir çox məsələlərə baxılıb, müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*