Tiflis narazıdır: Kobaxidze Trampa iki məktub göndərdi, cavab gəlmirbackend

Tiflis narazıdır: Kobaxidze Trampa iki məktub göndərdi, cavab gəlmir

Gürcüstan hökuməti ABŞ prezidenti Donald Trampın ölkə baş naziri İrakli Kobaxidzenin göndərdiyi məktuba cavab verməməsindən narahatdır. Rəsmi Tiflis Vaşinqtonla gözlənilən səviyyədə əlaqə qurula bilmədiyini bildirir.

KONKRET.az xəbər verir ki, baş nazir Kobaxidze Tramp və ABŞ-ın vitse-prezidenti Cey Di Vənsə artıq ikinci məktubunu göndərib. Bu təşəbbüs, ABŞ Konqresinin Gürcüstana qarşı tənqidi məzmun daşıyan MEGOBARI Aktını qəbul etməsindən sonra atılıb.

Tiflis rəhbərliyi hələ də sual altında qoyur: Tramp bu aktı imzalayacaqmı? O, Kobaxidzenin məktubuna ümumiyyətlə baxıbmı, yoxsa bu müraciətə səssiz qalmaqla mesaj verir?

Cavabsız suallar fonunda Gürcüstanla ABŞ arasında münasibətlərin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*