Tiktokerin məhkəmə işində adı keçən tanınmış iş adamı məhkəməyə verildibackend

Tiktokerin məhkəmə işində adı keçən tanınmış iş adamı məhkəməyə verildi

Həbs olunan “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işində adı zərərçəkən kimi keçən iş adamı Xalid Kərimov barəsində xüsusi ittiham qaydasında məhkəmə araşdırması başlayıb.

KONKRET.azın Oxu.Az-a istinadən məlumatına görə, iş adamı ilə bağlı məhkəmə araşdırmasının başlanılmasına səbəb, onun keçmiş vəkili Nüşabə Ağayevanın 147 və 148-ci ( böhtan, şərəf və ləyaqətin alçaldılması) maddələri ilə məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında olan iddia ərizəsidir. Məhkəmə vəkilin ərizəsini qəbul edərək araşdırmaya başlayıb. Ərizənin istintaqı Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq.

Qeyd edək ki, vəkilin iddiasına görə, o, tiktoker “Bəniz”in məhkəmə araşdırmaları zamanı işdə zərərçəkən kimi tanınan Xalid Kərimovun vəkili olub. Bir müddət sonra müvəkkili ilə aralarında gərginlik yaranıb və bundan sonra Xalid Kərimov onunla bağlı bəzi şərəf və ləyaqəti alçaldan, böhtan xarakterli məlumatları sosial şəbəkələrdə paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*