Elimizin toy kimi gözəl adəti var. Amma bu adətin xərci çox olur. Belə ki, həyatında ilk dəfə evlənən cütlüklər hər şeyin ideala yaxın olmasını arzulayırlar. Toy xərclərinin gündən-günə artdığı dövrdə evlənmək, toy eləmək barədə insanlar necə deyərlər 100 ölçüb, 1 biçirlər.
Bəs toy eləmək xərci nə qədərdir?
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, məsələn gəlinlik qiymətlərinə nəzər saldıqda qiymətlərin də modellər kimi fərqli olduğunu görmək olar.
Satıcıların sözlərinə görə, geyinilmiş gəlinliklər 250 manata, təzə gəlinliklər isə 1000 manatdan başlayı:
“Qızıllar hazırda yerli istehsalı qızıllar 135-140 manata, ağ qızıllar isə daha çox toy dəstlərində satılır. Ağ qızıl dəstinin qiyməti 2800 manatdan başlayaraq qiymətlər qalxır. Xonçalar isə 8-10 manat arası dəyişir. Nişanda ən maksimum 13-14 arası xonça gedir. Toyda 15-20 xonça gedir. Şokolad kompozisiyaları isə 100 manatdan başlayır”.
Qeyd edək ki, toy xərcləri bununla yekunlaşmır. Qız evi mebel və məişət əşyalarına az qala bir evin pulunu verir.
Mağaza sahiblərinin sözlərinə görə, bir cehizin ərsəyə gəlməsi üçün 3000-15000 manat arası dəyişir. Ortalama bir yataq dəstinin qiyməti 1000- 5000 manat arası dəyişir. Qonaq dəstləri 800-2000 arası, stol-stul 500 manatdan 2500 manata kimidir.
Bundan əlavə şadlıq sarayı, avtomobil kirayəsi zamanı bəy əlini cibinə dərin salmalıdır ki, bu hissədə bir qədər daha çox pul tələb olunur. Rent maşınları 100 manatdan 1200 manata qədərdir. Restoran menyusu isə 50 manatdan 150 manata qədər dəyişir.
Üzü astarından baha başa gələn toy adətlərinə paytaxt sakinləri də baha olduğunu bildirirlər.
Ekspertlər qeyd edirlər ki, ən ucuz toy eləmək 15 min, amma bəy və gəlin birlikdə xərci isə 50-60k xərci çıxır. Bu məbləğə daşınmaz əmlak, biznes yatırımı eləmək istəyənlər də olur, hansı ki o şəxslərin toyu daha sadə, sakit və maraqlı keçir, digər qisim isə cəmiyyətdə qonşudan kənarda qalma fikri ilə toy edib, toydan sonra nağaranı da düşünməyib kredit ödəyirlər. Gənclər təki xeyir işə görə işə düşsün.