Tramp AÇIQLADI – Müharibənin sonudur, Putin və Zelenski…backend

Tramp AÇIQLADI - Müharibənin sonudur, Putin və Zelenski...

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həm onun rusiyalı həmkarı Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynadakı münaqişənin həllinə razılaşacaqlar.

KONKRET.az xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, sabah o, Prezident Putinlə görüşəcək və bu görüş yaxşı keçəcək, lakin daha önəmli olan ikinci görüş olacaq. “Biz Prezident Putin, Prezident Zelenski və mənim iştirakımla görüşəcəyik, bəlkə bəzi Avropa liderlərini də dəvət edəcəyik, bəlkə də yox. Bilmirəm. Bu çox vacib olacaq. Gəlin görək, nə alınacaq”, — deyə Tramp vurğulayıb.

O həmçinin qeyd edib: “Mən düşünürəm ki, Prezident Putin sülh edəcək. Mən düşünürəm ki, Prezident Zelenski sülh edəcək. Gəlin görək, razılığa gələ biləcəklərmi. Əgər gələ bilsələr, bu, əla olar”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*