Tramp azərbaycanlıları bu ölkəyə deport etdibackend

Tramp azərbaycanlıları bu ölkəyə deport etdi

Fevral ayında Prezident Donald Trampın təşəbbüsü ilə ölkəni qanunsuz mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dan 200 nəfərdən ibarət qrup Kosta-Rikaya aparılıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə SWI məlumat yayıb.

Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.

“Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir”, – məlumatda bildirilib.

Kosta-Rika hökuməti qeyd edib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına maliyyə dəstəyi verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*