ABŞ prezidenti Donald Tramp 15 mayda İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlara qoşulma ehtimalı barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, Prezident Tramp bildirib ki, cümə axşamı günü baş tutacaq görüşdən yaxşı nəticə əldə olunacağına ümid edit.
“Məncə, cümə axşamı günü Türkiyədə Rusiya və Ukrayna arasında keçiriləcək görüşdən yaxşı nəticə əldə oluna bilər. Mən ora getməyi düşündüm. Cümə axşamı harada olacağımı bilmirəm, çox görüşlərim var, amma mən həqiqətən də ora getməyi düşündüm. Bu ehtimal var, məncə, əgər bir şeyin baş verəcəyini düşünürəmsə, amma biz bunu etməliyik.” , – deyə ABŞ lideri qeyd edib.
Trampın sözlərinə görə, görüşdə irəliləyişin mümkünlüyü barədə ümidlər var. O, bu görüşə qatılmaq ehtimalını müsbət qiymətləndirib, lakin qərar vermək üçün hələ bəzi məsələləri düşünmək lazım olduğunu vurğulayıb.
Natiq Səlim,
KONKRET.az