ABŞ-ın prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirməsi ilə bağlı Bayden dövründə tətbiq olunan məhdudiyyətləri ləğv etməyi ciddi şəkildə nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Kyiv Post” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Vaşinqtonda bu məsələ ilə bağlı Almaniya rəsmiləri ilə müzakirələr aparılır. Trampın qərarı, əgər qüvvəyə minərsə, Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirməyə daha geniş imkanlar verə bilər.
Xatırladaq ki, indiyədək ABŞ və bir sıra Avropa ölkələri Ukraynanın Qərb silahları ilə Rusiya daxilindəki hədəflərə hücum etməsinə məhdudiyyətlər tətbiq edirdi.
Natiq Səlim,
KONKRET.az