ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu Qəzza ilə bağlı sülh sazişini imzalamağa məcbur etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, Axiosun mənbələrinə görə, bazar ertəsi Ağ Evdə keçiriləcək görüşdə Tramp Netanyahunun qarşısına sərt seçim qoyacaq: ya onun sülh planını qəbul etmək, ya da ABŞ-la açıq qarşıdurmaya və beynəlxalq təcridin dərinləşməsinə razılaşmaq.
Məlumata əsasən, Tramp administrasiyasında Netanyahunun mövqeyi ciddi narazılıq doğurur. Onlar hesab edir ki, İsrail lideri müharibəni şəxsi siyasi maraqları naminə uzadır.
Nyu-Yorkda Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin iştirakı ilə keçirilən danışıqlar da Trampın 21 bəndlik sülh planı ətrafındakı fikir ayrılıqlarını tam aradan qaldıra bilməyib.
Trampın bəzi müşavirləri isə hesab edir ki, Netanyahunun ABŞ siyasətinə qarışması və onu tənqid edənlərə – o cümlədən Takker Karlsona qarşı hücumları sülh perspektivlərinə ciddi zərbə vurur və Vaşinqton–Təl-Əviv münasibətlərini zəiflədir.
Müşviq Tofiqoğlu
KONKRET.az