Tramp niyə Kimlə görüşmək istəyib?- Sirr pərdəsi çəkildibackend

Tramp niyə Kimlə görüşmək istəyib?- Sirr pərdəsi çəkildi

BBC-in hazırladığı sənədli filmlərdən birinin üçüncü seriyasında dünyanı təəccübləndirən həqiqət üzə çıxıb. Belə ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın “roket adam” kimi adlandırdığı Şimali Koreya lideri Kim Yonqa təklifi hər kəsi heyrətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti yazıb. Bildirilir ki, Milli müdafiə nazirliyinin keçmiş sözsüçü Con Boltonun sözlərinə görə, Tramp birdən-birə deyib: “Müharibə oyunlarına son qoyuram. Onlara ehtiyac yoxdur. Onsuz da çox bahalıdırlar. Bu, sizi xoşbəxt edəcək”.

Bolton isə Trampın bu qərarına inanmadığını bildirib: “Xarici işlər naziri Mayk Pompeo və mən otaqda Trampla oturmuşduq. Bizə heç nə deyilmədi, fikrimiz alınmadı. Məncə, qərar səhv idi”.

Sənədli serial, həmçinin Trampla Kimin 2018-ci ildəki ilk görüşü barədə də məlumat verib. Bildirilib ki, Şimal Koreya prezidentinə “Roket adam” deyərək onu ciddiyə almayan Trampın sonradan həmkarı ilə görüşmək istəyi maraqla qarşılanıb.

ABŞ-ın siyasi məsələlər üzrə baş katibi Jeff Feltman BBC-yə açıqlamasında Trampın Kimlə görüşmək təklifindən söz açıb. Vurğulanıb ki, təklifin üstündən yalnız bir neçə ay keçəndən sonra onlar arasında görüş baş tutub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*