Tramp: “Rus hakerləri işini yaxşı bacarır”backend

Tramp: “Rus hakerləri işini yaxşı bacarır”

ABŞ Prezidenti Donald Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşü öncəsi jurnalistlərin rusiyalı hakerlərin ABŞ federal məhkəmə sənədlərini idarə edən kompüter sisteminə müdaxiləsi barədə sualına cavab verib.

KONKRET.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, “Onlar sındırırlar, bu onların işidir. Onlar bu işdə peşəkardırlar”. Prezident əlavə edib ki, Alyaskada Putinin iştirakı ilə keçiriləcək görüş zamanı bu mövzunu müzakirə edə bilər.

Məlumatlara görə, haker hücumları ABŞ federal məhkəməsinin sənəd idarəetmə sisteminə ciddi təsir göstərmişdi və bu, ölkədə geniş müzakirələrə səbəb olmuşdu. Trampın bu açıqlaması isə haker fəaliyyətinə dair ABŞ hökumətinin ciddi narahatlığının fonunda maraqla qarşılanıb.

Ekspertlər qeyd edirlər ki, Trampın sözləri həm də Putinin diqqətini bu məsələyə yönəltmək və Alyaska görüşündə təhlükəsizlik məsələlərini müzakirəyə çıxarmaq məqsədi daşıya bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*