“Tramp seçkidən sonra ABŞ-da dövlət çevrilişi planlaşdırıb” – CNNbackend

“Tramp seçkidən sonra ABŞ-da dövlət çevrilişi planlaşdırıb” - CNN

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli keçmiş Prezident Donald Trampın seçkidəki uğursuzluqdan sonra dövlət çevrilişinə əl atmasından ehtiyat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin jurnalistləri Kerol Leonniq və Filip Rakerin kitabında qeyd olunub.

Kitabdan kiçik bir hissəni CNN telekanalı paylaşıb.

Gələn həftə işıq üzü görəcək “Mən özüm bunu düzəldə bilərəm” adlı kitabda qeyd olunur ki, M.Milli və yüksəkçinli məmurlar qanunsuz hesab etdikləri əmrləri yerinə yetirmək əvəzinə istefa verməklə bir növ Trampı dayandırmağa cəhd edib.

Kitabın müəllifləri iddia edir ki, M.Milli dostları, vəkillər və həmkarları ilə dövlət çevrilişi təhdidi barədə müzakirələr aparıb.

“Onlar cəhd edə bilər, lakin uğura nail ola bilməyəcəklər. Siz bunu hərbçilər olmadan edə bilməzsiniz. Siz bunu MKİ və FTB olmadan edə bilməzsiniz. Biz əlində silah olan şəxslərik”, – deyə M.Milli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*