Tramp Səudiyyə qəhvəsini içməkdən imtina etdi backend

Tramp Səudiyyə qəhvəsini içməkdən imtina etdi 

ABŞ prezidenti Donald Trampın dörd günlük Körfəz turunun ilk dayanacağı Səudiyyə Ərəbistanı olub. Tramp burada vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Lakin səfərin ən çox müzakirə olunan məqamı siyasi razılaşmalar deyil, prezidentin yerli adət-ənənələrə qeyri-adi münasibəti olub.

KONKRET.az xəbər verir ki, görüşdən əvvəl təşkil edilən və Səudiyyə Ərəbistanının qonaqpərvərlik simvolu sayılan qəhvə mərasimində Trampın davranışı diqqət çəkib. Ənənəyə uyğun olaraq şahzadə Salman qonağa ədviyyatlı ərəb qəhvəsi təqdim edib. Qəhvəni dərhal içən Salmanın əksinə olaraq, Tramp fincanı sadəcə əlində tutub və içməkdən imtina edib.

Şahzadə bir müddət Trampın içməsini gözləsə də, onun qərarını anlayaraq söhbətə davam edib. ABŞ prezidenti daha sonra dolu fincanı yaxınlıqdakı masanın üzərinə qoyub.

Qeyd edək ki, Donald Tramp daha əvvəl verdiyi açıqlamalarda heç vaxt qəhvə içmədiyini bildirmişdi. O, bu vərdişi siqaret və alkoqolla eyni kateqoriyaya aid edir və qardaşı Fred Trampın erkən yaşda vəfatında bu kimi vərdişlərin rol oynadığını qeyd etmişdi.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*