Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə hazırdırbackend

Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə hazırdır

ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Konqresin təsdiqinə çıxarmağa hazırdır.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın təqdim etməyə hazırlaşdığı zəmanətlər Vaşinqtonun Kiyevə təklif edə biləcəyi ən yüksək səviyyəli öhdəliklərdən biri kimi qiymətləndirilir. Mənbələr bunu ABŞ-ın Ukraynaya verə biləcəyi “platin standart” təhlükəsizlik təminatı adlandırıblar.

Qeyd olunur ki, sözügedən mexanizm yalnız icra hakimiyyətinin deyil, həm də qanunverici orqanın təsdiqini nəzərdə tutur ki, bu da gələcək administrasiyalar dövründə zəmanətlərin qüvvədə qalmasını təmin edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*