Tramp Venesueladan Meksikaya keçdi: Hərbi əməliyyatlara hazırlıq başlayıb backend

Tramp Venesueladan Meksikaya keçdi: Hərbi əməliyyatlara hazırlıq başlayıb 

NBC News-un məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərə qarşı hərbi əməliyyat planı üzərində işləyir.

KONKRET.az xəbər verir ki, plan çərçivəsində ABŞ hərbçilərinin və kəşfiyyat əməkdaşlarının Meksikaya göndərilərək narkolaboratoriyalara və kartel liderlərinə zərbələr endirməsi nəzərdə tutulur.

Əməliyyatda xüsusi təyinatlı qüvvələrin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli missiya statusunda iştirak etməsi planlaşdırılır, lakin əməliyyatın keçirilməsi ilə bağlı yekun qərar hələ verilməyib.

Bu addım əvvəlki administrasiyaların siyasətindən ciddi şəkildə fərqlənəcək, çünki onlar yalnız Meksika qüvvələrinə dəstək göstərməklə kifayətlənirdilər. Meksika hökuməti artıq “daxili işlərə müdaxiləyə yol verilməyəcəyini” bəyan edib, lakin Vaşinqton Meksika hökuməti ilə koordinasiyasız addımlar atma ehtimalını da istisna etmir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*