ABŞ prezidenti Donald Tramp İsrail hökumətini Baş nazir Benyamin Netanyahunun məhkəmə prosesini dayandırmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib:
“İsraildə Netanyahuyla bağlı baş verənlər dəhşətlidir. O, müharibə qəhrəmanıdır. ABŞ-la birgə İranın nüvə təhdidindən xilas olmaq üçün möhtəşəm işlər gördü. Hazırda o, girovların qaytarılmasını da əhatə edən HƏMAS-la razılaşma üçün danışıqlar aparır. Benyamini rahat buraxın, o, böyük işlər görür!” – deyə Tramp bildirib.
Netanyahu isə Trampa cavab olaraq təşəkkür edib:
“Təşəkkür edirəm, prezident Tramp. Biz birlikdə Yaxın Şərqi yenidən möhtəşəm edəcəyik!” – deyə İsrail lideri qeyd edib.
Qeyd edək ki, 2019-cu ildə Benyamin Netanyahuya qarşı korrupsiya, dələduzluq və etimaddan sui-istifadə ilə bağlı üç cinayət işi üzrə ittiham irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az