Trampdan Putinə AĞIR ZƏRBƏ: ABŞ son həmləni etdibackend

Trampdan Putinə AĞIR ZƏRBƏ: ABŞ son həmləni etdi

Tramp getdikcə Putinin hərəkətlərindən daha çox məyus olur. 

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, oktyabrın 20-də dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı məyusluğu yeni səviyyəyə çatıb.

Nəşrin yazdığına görə, bir neçə ay ərzində Tramp Moskvaya qarşı sanksiyaların artırılmasına qarşı çıxıb və sanksiyaların onun müharibəni bitirmək üçün göstərdiyi diplomatik səylərə mane olduğunu əsas gətirib.

Lakin onun mövqe dəyişikliyi göstərir ki, prezident bu yanaşmanın uğursuzluğunu anlayıb.

ABŞ-ın Rusiyanın ən böyük neft şirkətlərinə qarşı yeni sanksiyaları Trampın Vladimir Putinlə planlaşdırılan görüşü ləğv etməsindən bir gün sonra tətbiq edilib.

“Axios”un jurnalistləri qeyd edirlər ki, bu qərar Amerika liderinin Kremlin davranışından böyük məyusluq keçirdiyini nümayiş etdirir.

Mənbə nəşrə bildirib ki, Rubio və Lavrov arasında aparılan danışıqlar heç bir nəticə verməyib. Onun sözlərinə görə, məlum olub ki, Moskva müharibəni bitirmək üçün razılaşmaya hazır deyil və buna görə də Trampla Putinin şəxsi görüşü mənasızdır. Rəsmi vurğulayıb ki, bu nəticə yeni sanksiyaların tətbiqinə səbəb olub.

Məhdudiyyətlər neft və qazın hasilatı, emalı və ixracı ilə məşğul olan Rosneft və Lukoyl şirkətlərinə təsir edib.

ABŞ Maliyyə Nazirliyi bu korporasiyaların bir neçə törəmə müəssisəsini də sanksiyalar siyahısına əlavə edib. Bu şirkətlərin ABŞ-dakı bütün aktivləri və maraqları dondurulacaq və Amerika vətəndaşlarına və təşkilatlarına onlarla iş görmək qadağan ediləcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*