Trampdan radikal addım: Qlobal idxal rüsumunu 15 faizə qaldırdıbackend

Trampdan radikal addım: Qlobal idxal rüsumunu 15 faizə qaldırdı

ABŞ Prezidenti Donald Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarının ətraflı və hərtərəfli təhlilindən sonra 10 faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə qaldırılır.
Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tariflərini qanunsuz elan edib. Məhkəmənin qərarına əsasən, prezident milli fövqəladə vəziyyət qanunu çərçivəsində tariflər tətbiq edərkən səlahiyyətlərini aşıb. Bu tariflər Kanada, Çin və Meksikanı hədəf alaraq ABŞ-yə dərman daşınmalarını dayandırmaq məqsədi daşıyırdı.
Ali Məhkəmə həmçinin izah edib ki, idxal rüsumlarını tətbiq etmək müstəsna səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur. Məhkəmə vurğulayıb ki, icra hakimiyyətinin (ABŞ Prezidenti də daxil olmaqla – red) vergi tətbiq etmək səlahiyyəti yoxdur.
Tramp Ali Məhkəmənin tarif qərarını “dərin məyusedici” adlandırıb və məhkəməni xarici maraqlara xidmət etməkdə günahlandırıb: “Ali Məhkəmənin qərarı səhvdir. Amma bunun əhəmiyyəti yoxdur, çünki bizim çox güclü alternativlərimiz var”.bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*