Trampdan ŞOK: “kanadalıların 95 faizi buna görə sağ qalır, ancaq indi hər şey fərqli olacaq”backend

Trampdan ŞOK: "kanadalıların 95 faizi buna görə sağ qalır, ancaq indi hər şey fərqli olacaq"

“Düşünürəm ki, Kanada bizim 51-ci ştatımız olmaq üçün çox güclü rəqibdir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika lideri bir daha Kanadanın baş naziri Castin Trüdonu “Qubernator Trüdo” adlandırıb.

“Onların hərbi müdafiəsi yoxdur, bizim müdafiəmizə ehtiyac duyurlar. Onlar düşünürlər ki, biz Kanadanı öz silahlı qüvvələrimizlə qoruyacağıq və bu, ədalətsizlikdir. Kanada ilə vəziyyət çox maraqlı olacaq. Çünki bizim onların məhsullarına ehtiyacımız yoxdur. Kanadalılar sadəcə istehsal etdiklərinin 95 faizini aldığımız üçün sağ qalırlar”, – Tramp vurğulayıb.

Xatırladaq ki, Kanada hakimiyyətidəfələrlə ABŞ-a qoşulmaq imkanını rədd edib. Trüdo bəyan edib ki, Kanada heç vaxt Amerikanın 51-ci ştatı olmayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*