ABŞ-nin Birinci xanımı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub yayımlanıb.
KONKRET.az xəbər verir ki, məktub “Fox News” tərəfindən yayımlanıb.
O, yazır ki, sülh və uşaqların gələcəyi liderlərin üzərinə düşür.
“Bu uşaqların məsumluğunu qorumaqla siz təkcə Rusiyaya deyil, bütün bəşəriyyətə xidmət edəcəksiniz. Belə cəsarətli ideya insanları bir-birindən ayıran hər şeyi üstələyir və siz, cənab Putin, bu vizyonu bu gün qələm zərbəsi ilə reallaşdırmaq qüdrətinə maliksiniz”, – deyə birinci xanım bildirib.
Xatırladaq ki, Tramp məktubu Alyaska sammiti zamanı təhvil verib. Telekanal xəbər verir ki, Rusiya prezidenti onu qəbul etdikdən dərhal sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə oxuyub.