Trampın Qrenlandiya sevdası Danimarkanı narahat edibbackend

Trampın Qrenlandiya sevdası Danimarkanı narahat edib

Danimarka hökuməti Qrenlandiyanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Arktika ərazisini əldə etmək istəyini bəyan etmişdi. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen paketin məbləğinin ən azı 1,5 milyard dollar olacağını açıqlayıb. Dekabrın 23-də Tramp bir daha bəyan edib ki, nəhəng adaya sahib olmaq və ona nəzarət etmək Birləşmiş Ştatlar üçün  zərurətdir.

Ada ABŞ üçün strateji əhəmiyyət kəsb edir, çünki o, Şimali Amerikadan Avropaya gedən ən qısa yoldadır, böyük mineral və neft ehtiyatlarına malikdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*