Tunisdə etirazlarda fransız jurnalist polis tərəfindən döyüldübackend

Tunisdə etirazlarda fransız jurnalist polis tərəfindən döyüldü

Tunisdə etiraz aksiyası zamanı Fransanın “Libération” qəzetinin müxbiri polis tərəfindən döyülüb.

KONKRET.az xəbər verir ki, “Al-Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, fransız müxbir Matye Qaltye aksiya zamanı nümayişçilərdən birinin vəhşicəsinə saxlanmasını lentə alıb. Onun sözlərinə görə, o, mətbuat işçisi olduğunu desə də, polis onun telefonunu əlindən almağa çalışarkən mübahisə yaranıb.

Qeyd edək ki, Tunisin müxalifət partiyaları Prezident Qais Səidin parlamentin fəaliyyətini dondurmaq barədə qərarına qarşı etiraz aksiyaları keçirib. Polis ölkə paytaxtının mərkəzində etirazçıları dağıtmaq üçün su şırnaqları və səs-küylü qumbaralardan istifadə edib.

Etirazlar zamanı onlarla insan saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*