Tural Sadıqlı ermənilərə görə niyə narahatdır? – Ürək bulandıran milçəkbackend

Tural Sadıqlı ermənilərə görə niyə narahatdır? - Ürək bulandıran milçək

Azərbaycanın Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Qarabağda suverenliyinin tam bərpa edilməsi, Xankəndində üçrəngli bayrağımızın dağlanmasına doğru atılmış ən mühüm addımdır.

Beləliklə, Qarabağda separatçıların qondarma “dövlətcik” oyunları tamamilə sıradan çıxdı və Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ermənilərin yeganə seçimi Azərbaycan vətəndaşlığını qəbul etmək oldu. Bunun alternativi olmayacaq, vətəndaşlığı qəbul edənlər bərabərhüquqlu şəkildə yaşayacaqlar, etməyənlər isə ərazilərimizi tərk edəcək.

Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması onu da təsdiq edir ki, Azərbaycanı öz suveren ərazisində hansısa addım atmaqdan çəkindirə biləcək güc yoxdur, həmçinin, separatçıların arxalana biləcəyi güc mərkəzləri Bakının haqlı və prinsipial mövqeyi qarşısında heç nə edə bilmirlər.

Bu addım eyni zamanda, Azərbaycan cəmiyyətində Xankəndiyə qayıdış məsələsindəki inamı qətiləşdirdi. Cəmiyyətimizdəki əhval-ruhiyyə də onu göstərir ki, xalq öz lideri İlham Əliyevə sonadək inanır. Bu inam Azərbaycanın güclü olması və Qarabağda milli maraqlarımızın təmin edilməsi baxımından əhəmiyyətlidir. Məhz ermənilər Azərbaycan xalqındakı bu inamı sarsıtmaq məqsədilə informasiya cəbhəsində gecə-gündüz əlləşir, dezinformasiyalar və uydurma iddialarla reallığa kölgə salmağa çalışırlar.

Ermənilərin bu məkrli oyunlarında iştirak edən azərbaycanlılar, daha doğrusu, “azərbaycanlı” adı altında gizlənən anti-milli üsnürlər də var. Avropada oturub Azərbaycana nifrət yağdıran Tural Sadıqlı da belələrindəndir. Bütün milli və dövlət məsələlərində anti-milli mövqe sərgiləyən bu zat Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasını da eyni mövqe və təəssüflə qarşıladı, dərhal, uydurma iddiaları ilə dezinformasiyalar yaymağa başladı.

Savadı, qabiliyyəti yalnız söyüş söyməyə yetən bu zatın əslində nə Qarabağdakı proseslərdən, nə bölgədə baş verənlərdən, nə də Laçın yolundan xəbərinin olmadığı gün kimi aydındır. Bu baxımdan, onun iddiları da prinsip etibarilə heç nə dəyişdirmir. Lakin bir məsəl var: “milçək bir şey deyil, ürək bulandırır”. Tural Sadıqlı da ürək bulandırmaqdan başqa bir şey etmir…

Laçın yolunda Azərbaycanın tarixi addımına qarşı irəli sürdüyü iddialar isə onun ermənilərlə əməkdaşlığına şübhə yeri qoymur.

Erməni mənbələrinin Azərbaycanın bu addımına qarşı irəli sürdüyü və Azərbaycan ictimaiyyətində çaşqınlıq, inamsızlıq yaratmağa hesablanmış tezislərini Tural Sadıqlı da təkrarlayır. Bu şəxsin özünü xarici xüsusi xidmət orqanları qarşısında satışa çıxardığına dair dəfələrlə yazmışıq, son iddiaları da bunu təsdiq edir.

Tural Sadıqlı və onun kimilər üçün nə Vətən, nə millət, nə də şərəf önəmli deyil. “Pulu verən, musiqini də sifariş verir”.

Görünür, Tural Sadıqlının oxuduğu mahnını bu dəf ermənilər sifariş verib.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*