Türk Birliyinə hansı ölkələr qoşulacaq? – Siyahıbackend

Türk Birliyinə hansı ölkələr qoşulacaq? - Siyahı

Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq artıb. Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq. Ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Maraq böyük olduğundan TDT+ formatının yaradılması zəruridir. Oxşar formatlar Avropa Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatında da mövcuddur. Misal üçün AB-nin yanında təşkilata üzv olmayan ölkələr Avropa Siyasi Birliyi çərçivəsindəki sammitlərə dəvət olunurlar. Eləcə də Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılan ölkələr var. Azərbaycan Avropa Siyasi Birliyinin üzvü olmaqla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir. TDT təşkilatına müşahidəçi statusunda qatılmaq istəyən dövlətlər arasında Ukraynanı göstərmək olar. Ukraynada yaşayan tatarlar türk mənşəlidir və bu baxımdan Kiyevin TDT marağı anlaşılandır. Əslində müxtəlif türk xalqlarının mövcud olduğu ölkələrdən biri də Rusiyadır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu ölkənin TDT-yə müşahidəçi statusunda qatılmasını mümkünsüz edir. Tacikistan türkdilli ölkə olmasa da, Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mümkündür. Monqolustanla və Cənubi Koreyanın da təşkilata maraq göstərdiyi barədə məlumatlar var”, – o vurğulayıb.

Qeyd edək ki, bundan öncə TDT Baş katibi Ömüralıyev bu gün keçiriləcək Qəbələ sammitində “TDT+” formatının təsis ediləcəyi haqda məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*