Türkəsilli xanıma vəzifə verilirbackend

Türkəsilli xanıma vəzifə verilir

ABŞ Prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, irəli sürülən adlar arasında türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib.

Qeyd edək ki, Seval Öz Massaçusets Texnologiya İnstitutunda elektronika təhsili alıb. O, daha əvvəl “Google” və avtomobil nəhəngi “Continental”da yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, Tramp daha əvvəl Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*