Türkiyə bu PUA-sını ilk dəfə təqdim etdibackend

Türkiyə bu PUA-sını ilk dəfə təqdim etdi

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən Türkiyə Silahlı Qüvvələri (TSK) üçün xüsusi hazırlanan “Ağsunqur” (Aksungur) pilotsuz hava vasitəsi (PUA) ilk dəfə “Teknofest”də nümayiş olunub.

KONKRET.az Baku.vs-ə istinadla xəbər verir ki, 18 ay ərzində hazırlanan “Ağsunqur”un bu ilin sonuna qədər Türkiyə orusunun ixtiyarına verilməsi nəzərdə tutulub.

Hərbi məqsədlə ilk dəfə Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən sınaqdan keçiriləcək PUA-nın digər analoji məhsullarına nisbətən daha çox havada qaldığı və bununla da vaxt itkisinin qarşısının alınacağı bildirilir.

İstehsalçı tərəfindən keçirilən ilkin sınaqlardan sonra “Ağsunqur” Türkiyənin Adana vilayətində yerləşən Şakirpaşa hava limanından uçaraq “Teknofest”ə qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*