Türkiyə bunu Azərbaycana görə edir – Mirzoyanbackend

Türkiyə bunu Azərbaycana görə edir - Mirzoyan

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi Ermənistan-Türkiyə gündəliyinin bir hissəsidir, ikitərəfli olmasa da, ən azı söhbətlər və təmaslar var.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Deyə bilərəm ki, Ermənistan-Türkiyə dialoqu kontekstində Ankara tərəfi Ermənistan-Azərbaycan münasibətlərinə görə razılaşmaların icra tempinə müəyyən məhdudiyyətlər qoyur. Əslində bizim yanaşmamız fərqlidir.

İnanırıq ki, Ermənistan-Türkiyə istiqamətində irəliləyiş Ermənistan-Azərbaycan nizamlanmasına müsbət təsir göstərəcək. Ancaq bir problem, qavrayışda müəyyən fərq var, buna baxmayaraq, biz faydalı, əlverişli təsir göstərmək istəyini görürük”, – Mirzoyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*