Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verdibackend

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verdi

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

KONKRET.az “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, ötən il NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumdan sonra Finlandiya öhdəlikləri üzrə səmimi və konkret addımlar atıb.

Hazırda Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*