Türkiyə heyəti Moskvada: Tərəflər arasında məsləhətləşmələr aparıldıbackend

Türkiyə heyəti Moskvada: tərəflər arasında məsləhətləşmələr aparıldı

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Moskvada türk həmkarı Sədat Önalla görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə BMT-nin Liviyadakı xüsusi nümayəndəsi Jan Kubis də iştirak edib.

Liviya məsələsinin müzakirə olunduğu görüşdə dekabrın 24-də bu ölkədə keçiriləcək seçkilərə dəstək məqsədilə BMT-nin fəaliyyətlərinə dəstəyin verilməsinin vacibliyi vurğulanıb.

Hazırda tərəflərin Liviyanın keçid hökumətinə dəstək verdiyi, Boqdanov və Önalın siyasi məsləhətləşmələr apardığı bildirilib.
Görüş haqda əlavə məlumat verilməyib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*