Türkiyə İspaniyaya milyardlarla dollar dəyərində hərbi texnika satacaqbackend

Türkiyə İspaniyaya milyardlarla dollar dəyərində hərbi texnika satacaq

Türkiyə İspaniya ilə irimiqyaslı hərbi-texniki ixrac müqaviləsi imzalayıb.

KONKRET.az xəbər verir ki, Türk mediasının yaydığı məlumata görə, razılaşmaya əsasən Türkiyə 2,6 milyard avro dəyərində 30 ədəd HÜRJET təlim-tədris təyyarəsini İspaniyanın Hərbi Hava və Kosmik Qüvvələrinə satacaq. Təyyarələrin tədarükünə 2028-ci ildən başlanılması planlaşdırılır.

Müqavilə təkcə təyyarələrin satışı ilə məhdudlaşmır. Razılaşma çərçivəsində pilotların qabaqcıl hazırlığı, uçuş simulyatorlarının təchizatı, texniki xidmət, eləcə də uzunmüddətli logistika və texniki dəstək də nəzərdə tutulur.

Qeyd olunur ki, bu saziş Türkiyənin müdafiə sənayesi üçün tarixi əhəmiyyət daşıyır. İlk dəfə olaraq Türkiyə istehsalı olan hərbi təyyarələr Avropa İttifaqına üzv və NATO-nun aparıcı ölkələrindən biri olan İspaniyanın silahlı qüvvələrinin inventarına daxil olacaq.

Ekspertlər hesab edirlər ki, bu müqavilə Ankaranın qlobal silah bazarındakı mövqeyini gücləndirməklə yanaşı, Türkiyə müdafiə sənayesinin beynəlxalq etibarlılığının və texnoloji səviyyəsinin yüksəldiyini də göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*