Türkiyə İsraildən TƏLƏB ETDİ: “Bunu ETMƏYİN!”backend

Türkiyə İsraildən TƏLƏB ETDİ: "Bunu ETMƏYİN!"

Türkiyə səfiri Hayfada qondarma “erməni soyqırımı”na abidə qoyulmamasını tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə Vesti İsrail məlumat yayıb. Hayfa şəhər şurasının qondarma “erməni soyqırımı”nı tanımaq qərarı 2022-ci ildə normallaşan İsrail-Türkiyə münasibətləri üçün ciddi sınaq ola bilər.

Martın 13-də Türkiyə səfiri İsrail hökumətinə müraciət edərək Hayfada “soyqırım” abidəsinin yaradılmasının qarşısının alınmasını tələb edib. Rəsmi Təl-Əviv bu tələbi yerinə yetirməkdən imtina edərsə, Ankara ilə münasibətlərdə soyuqluq yarana bilər.

Türkiyə səfiri Şakir Özkan Torunların məktubu İsrailin mədəniyyət və idman naziri Miki Zohara ünvanlanıb. O isə cavab verməkdən çəkinərək diplomatın müraciətini Xarici İşlər Nazirliyinə göndərib.

İsrail Xarici İşlər Nazirliyinin rəhbərliyi abidə məsələsi ilə bağlı məsləhətləşmələr aparıb. Torunların məktubunun cavabsız qalması tövsiyə olunub.

Türkiyə tərəfi tədbir görməkdə israr edərsə, Ankaraya belə izah olunacaq: “Bu, İsrail hökumətinin və ya dövlət qurumunun deyil, yerli hakimiyyət orqanlarının qərarıdır”.

Xatırladaq ki, İsrail Türkiyə ilə münasibətləri korlamaqdan ehtiyat edərək ermənilərin “qətliam”ını “soyqırım” kimi tanımır.

Onilliklər ərzində Ankara xarici hökumətlərin və parlamentlərin “soyqırım”dan bəhs edən istənilən qətnamə və bəyanatlarına son dərəcə ağrılı reaksiya verib.

Türkiyə gözləyir ki, İsrail hökuməti ən azı Hayfa şəhər şurasından ikitərəfli münasibətlərin qorunması naminə “xatirə abidəsi”nin yaradılması qərarını icra etməməyi xahiş edəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*