Türkiyə Suriya ilə bağlı QƏRAR VERDİ – Ərdoğandan vacib açıqlamabackend

Türkiyə Suriya ilə bağlı QƏRAR VERDİ – Ərdoğandan vacib açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsinin əsas prioriteti Suriyanın bərpası və mümkün qədər tez əvvəlki vəziyyətinə qaytarılmasıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Əsas prioritetimiz Suriyanın bərpası və onun əvvəlki vəziyyətinə tez bir zamanda qayıtmasıdır. Bu məqsədlə bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) himayəsi altında Suriyaya dəstək üzrə xüsusi proqramı işə salırıq,” – deyə Ərdoğan İstanbulda keçirilən komitə iclasında bildirib.

Prezidentin sözlərinə görə, proqram kadr və institusional potensialın gücləndirilməsinə, həmçinin təhsil, ekspert mübadiləsi, ehtiyacların qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması kimi sahələrdə Suriyaya dəstəyin göstərilməsinə xidmət edəcək.

Ərdoğan eyni zamanda özəl sektoru Suriyanın bölgələrinə investisiya yönəltməyə çağırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*