Türkiyə Suriyanın şimalına əlavə hərbi qüvvələr göndərdibackend

Türkiyə Suriyanın şimalına əlavə hərbi qüvvələr göndərdi

Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.

KONKRET.az xəbər verir ki, “Asharq Al-Awsat” qəzeti “Cəbhət ən-Nusra” silahlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyənin zirehli texnikası və əlavə hərbi qüvvələrinin göndərildiyini yazıb.

Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.

Terrorçuların bu əraziyə nəzarəti bərqərar etməsi təhlükəsi “Əhrar əş-Şam” qruplaşmasının parçalanmasından, onun hissələrinin bir qismi “Cəbhət ən-Nusra”ya, digərləri də Ankaranın dəstəklədiyi Azad Suriya Ordusuna qoşulduqdan sonra yaranıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*