Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Ukrayna mövzusunda liderlər sammitinə ev sahibliyi etməyə hazırdır.
“Hərbi, humanitar və siyasi məsələlər üzrə işçi qruplarının yaradılması belə bir görüş üçün zəmin hazırlamağa kömək edərdi”, – deyə Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.
KONKRET.az xəbər verir ki, dövlət başçıları həmçinin Türkiyə və Ukrayna arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Natiq Səlim,
KONKRET.az