Türkiyə və Ermənistan razılığa gəldi: Viza prosedurları sadələşdirilirbackend

Türkiyə və Ermənistan razılığa gəldi: Viza prosedurları sadələşdirilir

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin normallaşdırılması istiqamətində növbəti addım atılıb. Tərəflər diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza prosedurunun sadələşdirilməsi barədə razılıq əldə ediblər.

KONKRET.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, 1 yanvar 2026-cı il tarixindən etibarən hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri qarşılıqlı səfərlər zamanı elektron vizanı ödənişsiz şəkildə əldə edə biləcəklər.

Qeyd edilib ki, bu qərar Ankara ilə İrəvan arasında münasibətlərin mərhələli şəkildə normallaşdırılması prosesinin tərkib hissəsidir və rəsmi təmasların, eləcə də qarşılıqlı səfərlərin asanlaşdırılmasına xidmət edəcək.

Rəsmi açıqlamada vurğulanıb ki, viza prosedurunun sadələşdirilməsi gələcəkdə iki ölkə arasında siyasi dialoqun və əməkdaşlıq mexanizmlərinin genişlənməsi üçün əlavə imkanlar yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*