Türkiyədə ağır yol qəzası – azərbaycanlı öldübackend

Türkiyədə ağır yol qəzası - azərbaycanlı öldü

Türkiyənin Ərzurum vilayətində ağır yol qəzasında Azərbaycan vətəndaşı ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.

Xəbərə görə, Azərbaycan əsilli, 37 yaşlı V. N.-in (ad və soyadı açıqlanmır-red) idarə etdiyi yük avtomobili Oltu-Tortum magistral yolunda idarəetmədən çıxaraq əvvəlcə maneələrə çırpılıb, sonra isə aşıb.

Hadisə yerinə xilasedicilər, jandarm və təcili tibbi yardım cəlb edilib. Ağır xəsarət alan sürücü Tortum Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*