Türkiyənin Sakarya vilayətinin Akyazı rayonunda ağır yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, mülki jandarm avtomobili ilə minik maşınının körpü üzərində toqquşması nəticəsində 2 jandarm əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb.
Hadisə yerinə xilasedicilər, təcili yardım və jandarma qüvvələri cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib. Qəzada Jandarm baş çavuşu Tacettin Gün və Hakkı Eryılmazın həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edərək qəzada həlak olan jandarmların ailələrinə başsağlığı verib.