Türkiyədə İran agentləri həbs edildi – VİDEO / YENİLƏNİBbackend

Türkiyədə İran agentləri həbs edildi - VİDEO / YENİLƏNİB

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Van şəhərində keçmiş iranlı zabiti qaçırmaq istəyən 2-si İran kəşfiyyatının agenti olmaqla, ümumilikdə 8 nəfəri cinayət başında yaxalayıb.

KONKRET.az xəbər verir ki, MİT İran agentlərinin adı açıqlanmayan zabiti İrana qaçırmaq üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqlarını müəyyən edib.

Şəbəkə üzvləri keçmiş hərbçinin həyat yoldaşına onlara yardım etməsi üçün 10 min dollar təklif ediblər. Əks təqdirdə onu İranda yaşayan ailəsinə zərər veriləcəyi ilə təhdid etdiblər.

Sentyabrın 24 -ü 2021-ci ildə Türkiyə vaxtı ilə saat 21.00 radələrində M.A. -nı qaçırmaq üçün evinə girmək istəyən İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb. Davam edən əməliyyatda 6 nəfərdən ibarət digər şəbəkə üzvləri də yaxalanıb.

Qeyd edək ki, saxlanılanlardan 2-si İran kəşfiyyatının agentləridir.

20:39

Türkiyənin Van şəhərində İran ordusunun keçmiş zabitini qaçırmaq istəyən 8 nəfər həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və polis tərəfindən həyata keçirilib.

Həbs edilənlərdən ikisinin İran agenti olduğu qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*