Türkiyədə İŞİD əməliyyatı: yüzdən çox şübhəli saxlanıldıbackend

Türkiyədə İŞİD əməliyyatı: yüzdən çox şübhəli saxlanıldı

Türkiyənin İstanbul və Ankara şəhərlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbuldakı əməliyyat zamanı 110, Ankarada isə 17 şübhəli saxlanılıb.

Məlumata görə, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var.

Ankarada saxlanılan şübhəlilərdən 11-nin əcnəbi, 6-nın isə Türkiyə vətəndaşı olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*