Türkiyədə koronavirusla bağlı son durumbackend

Türkiyədə koronavirusla bağlı son durum

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 236 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 164 nəfər test edilib, onların 31 248-nın koronavirus testi pozitiv nəticə verib, 30 331 nəfər sağalıb.

Nazirliyin paylaşdığı statistikaya əsasən, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 113 183 300 peyvənd tətbiq edilib ki, bunun da 88,09 faizi birinci, 75,36 faizi isə ikinci mərhələdə vaksinasiya olunanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*