Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənibbackend

Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib

Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib.

Bu barədə KONKRET.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Samsun şəhərində qeydə alınıb. İncirli Məhəlləsində ziyafət zamanı qonaqlardan 52-də ürəkbulanma və qusma qeydə alınıb.

Zərərçəkənlər Alaçam Dövlət Xəstəxanasına müraciət edib. Xəstəxanada aparılan müayinə və müalicələrdən sonra zərərçəkənlər evə buraxılıb.

Qeyd olunur ki, ziyafət zamanı qonaqlara verilən yeməklərdən nümunələr götürülüb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*