Türkiyədə meşə yanğını evlərə keçdibackend

Türkiyədə meşə yanğını evlərə keçdi

Türkiyənin Hatay vilayətinin Arsuz rayonunda baş verən meşə yanğını evlərə keçib.

KONKRET.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Digər tərəfdən, Biləcikdəki Kurtköy və Ahmetpınar kəndləri arasındakı ərazidə də meşə yanğını meydana gəlib.

Bölgələrdə küləyin təsiri ilə alovlar yayılmağa davam edir.

Yanğınların söndürülməsi işlərinə helikopter də cəlb olunub. Həmçinin, 28 avtomobil və 87 nəfər canlı qüvvə də hazırda qeyd edilən bölgələrdə yanğınlara qarşı mübarizə aparır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*