Türkiyədə narkotik əleyhinə əməliyyat: Həbs edilənlər arasında məşhur model də varbackend

Türkiyədə narkotik əleyhinə əməliyyat: Həbs edilənlər arasında məşhur model də var

İstanbulda fahişəlik və narkotik əleyhinə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində aralarında tanınmış model Buse İskenderoğlunun da olduğu 12 şübhəli həbs edilərək həbsxanaya göndərilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Əməliyyat narkotik və ya stimullaşdırıcı maddələrdən istifadəni asanlaşdırmaq üçün xüsusi yer, avadanlıq və ya materiallar təmin etmək, narkotik istifadəçilərinin ələ keçirilməsini çətinləşdirmək üçün tədbirlər görmək, istifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək və ya saxlamaq, fahişəliyi təşviq etmək və ona vasitəçilik etmək maddələri üzrə aparılan təhqiqat çərçivəsində həyata keçirilib.

Həbs edilən şəxslər aşağıdakılardır:

1. Dilara Ege Çevik;

2. Buse İskenderoğlu;

3. Tuğrul bey Aran;

4. Zohaer Majhidi;

5. Yılmaz Efe;

6. Cengiz Can Atasay;

7. Resul Arslan;

8. Burak Güngörmedi;

9. Ömer Can Kılınç;

10. Yasin Burak Becek;

11. Cihan Güler;

12. Rabia Karaca.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*