Türkiyədə peyğəmbəri ələ salanlar saxlanıldıbackend

Türkiyədə peyğəmbəri ələ salanlar saxlanıldı

Türkiyədə satirik jurnalın 4 əməkdaşı Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyinə görə həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.

O, “LeMan” jurnalının şəklini “ayıb” adlandırıb və onun baş redaktoru, qrafik dizayneri, qurumun direktoru və karikaturaçı rəssamın saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, “LeMan” X sosial şəbəkə səhifəsində onun şəklinin Məhəmməd peyğəmbərin karikaturası olduğunu təkzib edib:

“Əsər heç bir şəkildə Məhəmməd peyğəmbərə aid deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*