İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinən Tacikistan və Qırğızıstan vətəndaşları saxlanılıb.
KONKRET.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi Pendik rayonunda mənzildə saxlayıblar. Baxış zamanı onlardan jandarm forması, polis jileti və papaq, silah və bıçaq aşkar edilib. Ehtimallara görə, hər iki şəxs terror aktını törətdikdən sonra qaçmağı planlaşdırıblar.
Saxlanılanların terror aktını dəqiq harada həyata keçirməyi planlaşdırdıqları açıqlanmır.
Burhan,
KONKRET.az