Türkiyədə turizm sektorunun məşhur simaları saxlanıldıbackend

Türkiyədə turizm sektorunun məşhur simaları saxlanıldı

Türkiyənin Antalya şəhərində turizm sektorunun tanınmış simaları İstanbul Baş Prokurorluğu tərəfindən aparılan maliyyə cinayətləri və kriptovalyuta araşdırmaları çərçivəsində saxlanılıb.

KONKRET.az xəbər verir ki, Serikdə çoxsaylı otellərin sahibi olan H.D və Kəmərdə lüks istirahət mərkəzləri olan holdinqin sədri İ.L. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş adamları dindirilmək üçün İstanbula gətirilib.

Turizm sektorunun tanınmış simalarının bir-birinin ardınca saxlanması turizm biznesinə təsirsiz ötüşməyib. Onların sahib olduğu otellərin aqibəti hələlik sual altındadır.

İstintaq prosesi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*