Türkiyənin bu şəhərində dərslər dayandırıldıbackend

Türkiyənin bu şəhərində dərslər dayandırıldı

Türkiyənin Şanlıurfa şəhərində proqnoz edilən güclü leysan səbəbindən təhsil ocaqlarında tədrisə bir günlük fasilə verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Şanlıurfa valiliyi məlumat yayıb.

“Mövcud vəziyyəti dəyərləndirərək Haliliye, Karaköprü və Eyyübiye ilçələrində bütün təhsil müəssisələrində 20 mart tarixində tədris dayandırılır. Digər 10 ilçəmizdə sabahdan tədris davam edəcək”, – deyə bildirilib.

Qeyd edək ki, Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel 17 nəfər həyatını itirib, itkin düşənlər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*