Türkiyənin hazırladığı peyvəndin istifadəyə veriləcəyi TARİX AÇIQLANDIbackend

Türkiyənin hazırladığı peyvəndin istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

“Türkiyənin yeni növ koronavirus əleyhinə hazırladığı yerli peyvənddən ilin sonunda istifadə edilməyə başlanacaq”.

KONKRET.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasının prezidenti Həsən Mandal deyib.

O bildirib ki, Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasının koordinasiyasında 7 növ peyvəndin hazırlanmasına dair işlər aparılır:

“Bunlardan VLP (virusa bənzər hissəcik) peyvəndinin faza araşdırmalarına mart ayının 27-də başlanıldı. İkinci və üçüncü faza araşdırmalarının avqustda tamamlanması planlaşdırılan sözügedən peyvəndin istifadəsinə cari ilin sonda başlanacaq”

Koronavirüs əleyhinə dərman istehsalına dair aparılan işlərdən bəhs edən Mandal iki yeni dərmanın 2-ci faza araşdırmalarının bu həftə başlayacağını və avqust ayında xəstələrin istifadəsinə hazır olacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*