Türkiyənin yeni prezidenti kim olacaq? – PROQNOZbackend

Türkiyənin yeni prezidenti kim olacaq? – PROQNOZ

“Türkiyə müxalifətinin vahid namizədinin, CHP sədri Kamal Kılıçdaroğlunun seçilmək şansı sıfırdır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yevgeni Satanovski deyib.

Satanovski hesab edir ki, vahid namizədlə bağlı razılaşma bundan axmaq nəticə ola bilməzdi:

“Razılaşdılar ki, müxalifətdə təmsil olunan partiyalardan beş vitse-prezidenti olsun. Bu axmaq mexanizmdir. Niyə? Axıra qədər gözləyin. Belə çıxır ki, müxalifət meydanında xırda alver gedir.

Prosesdə müxalifətdən çıxmaqla bağlı isterika yaranıb. İstanbul və Ankara bələdiyyə sədrlərinin ehtiyatda olan vitse-prezidentlər olması ilə bağlı anlaşmanın olduğu üzə çıxdı. Bu müxalifətin lideri (Kamal Kılıçdaroğlu) əvvəlcə buna qarşı çıxdı, sonra razılaşdı ki, bu iki nəfər də vitse-prezident olun.

Ölkəyə beş və ya yeddi vitse-prezidenti olan bir şəxsin rəhbərlik etdiyi struktur necə olacaq? Vitse-prezident, deyək ki, xəstələnərsə, prezidenti əvəz edə biləcək birisidir. Bütün bunlar seçicilərə göstərir ki, o kiçik, boş və mənasız alverçilərə səs vermək olmaz. Belə olan halda onlar Ərdoğana təkcə prezident deyil, parlament seçkilərində də qələbə qazandırdılar”.

Onun sözlərinə görə, müxalifət bütün şanslarını əldən verib:

“İndi Türkiyədə birinci dərəcəli siyasətçi var – Ərdoğan bölgə sakinləri ilə söhbət edir, zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkir, vicdansız podratçıları mühakimə edir. O, aktivdir”.//Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*