Xorvatiyada Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması müxtəlif ehtimalları gündəmə gətirib. Pilotun şəhid olduğu hadisə fonunda sosial şəbəkələrdə və bəzi ekspert dairələrində “qəzanın mesaj xarakterli ola biləcəyi” barədə müzakirələr artıb.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əli Mustafa bildirib ki, ard-arda iki Türkiyə təyyarəsinin qəzaya düşməsi müəyyən suallar yaradır və bu vəziyyətin arxasında maraqlı qüvvələrin ola biləcəyi istisna olunmur:
.jpg)
“Ard-arda iki Türkiyə təyyarəsinin qəzaya düşməsi belə bir təəssürat yaradır ki, hansısa maraqlı qüvvələr var. Təbii ki, Türkiyənin regional gücü getdikcə artır. Ankara həm Balkanlarda, həm Qafqazda, həm də Türküstanda əhatə dairəsini genişləndirir. Türkiyənin dövlətlərlə dostluq əlaqələri inkişaf edir və bölgədə güc mərkəzinə çevrilir.”
Politoloq qeyd edib ki, Türkiyənin artan təsir dairəsi bəzi dairələri narahat edir:
“Türkiyəni özünə rəqib bilən dövlətlərin təxribatı ehtimalı da nəzərdən kənarda deyil. Dost olmayan tərəflərin əməllərinin nəticəsi kimi qiymətləndirmək olar.”
Əli Mustafa əlavə edib ki, məsələ ilə bağlı araşdırmalar aparılır və bütün bu hallar Türkiyə Silahlı Qüvvələrində ciddi narahatlıq doğurur.
Aynurə İsmayıl
KONKRET.az
